...

Birinci rübdə Petkim Azərbaycan-Türkiyə holdinqi bir milyon ton məhsul istehsal edib

Energetika Materials 2 İyun 2009 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir E.İsmayılov /

"Bu ilin birinci rübündə SOCAR-ın pay iştirakçısı olduğu Petkim Azərbaycan-Türkiyə holdinqi 700-800 min ton neft-kimya məhsulları istehsal edib", - Trend -a çərşənbə axşamı holdinqin icraçı direktoru Kənan Yavuz deyib.

"Ümumilikdə, bu il təxminən 3 milyon ton məhsulun istehsal edilməsi gözlənilir. 2009-cu ilin ilk üç ayı ərzində neft-kimya kompleksi 300 milyon dollar gəlir əldə edəcək", - Yavuz bildirib.

Onun sözlərinə görə, dünya iqtisadi-maliyyə böhranının təsiri hiss olunmur və kompleks tam gücü ilə işləyir. Ümumilikdə bu il neft-kimya kompleksi 1,5 milyard dollar gəlir əldə edəcək. Ötən il bu rəqəm 2 milyard dollar olub.

2008-ci ildə SOCAR/Turcas Petrol/Injaz Projects şirkətlər alyansı Türkiyənin Petkim neft-kimya Holdinqində 51 faizlik səhm paketinin alınması üçün tenderin qalibi olub və buna görə də alyansa 2,04 milyard dollar təklif edib.

Hazırda Türkiyə zəruri kimya məhsullarının 70-75 faizini idxal edir. SOCAR/Turcas/Injaz-ın Petkimin inkişafına yatıracaqları sərmayələr məhsul idxalını 30 faizədək azaltmağa imkan verir.

"Petkim Petrokimya Holding" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının dörddə birini ixrac edir.

SOCAR 2015-ci il üçün bu müəssisənin gəlirlərinin həcmini hazırkı $1,9 mlrd.-dan $4 mlrd.-dək artırmaq niyyətindədir. Hazırda Holdinqin istehsal gücü 3,2 mln. tona bərabərdir. 2015-ci ilə bu göstərici 6,3 mln. tonadək artacaq. Bu gün Türkiyənin neft-kimya məhsullarına olan tələbatı $6,1 mlrd.-a bərabərdir və hər il tələbat 11-12 faiz artacaq. Bu gün Petkim-in istehsalı Türkiyə bazarının təxminən 25 faizini əhatə edir.

Gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər nəticəsində Petkim neft-kimya kompleksində istehsalı olunan məhsul Türkiyə bazarının 40 faizini əhatə edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti