...

Azərbaycan qaz ixracı üzrə ən sərfəli qiymət təklifini qəbul edəcək – nazir

Energetika Materials 3 İyun 2009 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir А.Bədəlova /

"Azərbaycan qaz ixracı üzrə kommersiya baxımından ən sərfəli qiymət təklifini qəbul edəcək", - çərşənbə günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.

"Biz qazımızı ən sərfəli, yəni onu daha baha sata biləcəyimiz istiqamətdə satacağıq", - Əliyev bildirib.

Onun sözlərinə görə, "Qazprom" və SOCAR arasında qaz üzrə danışıqlar hələ uzun müddət davam edəcək.

"Bu gün söhbət hansısa qısmüddətli sövdələşmədən getmir. Mən hesab edirəm ki, hər iki tərəf strateji, uzunmüddətli əməkdaşlıq məsələlərini həll edir", - Əliyev qeyd edib.  

Nazirin sözlərinə görə, Azərbaycan qazının alınması üzrə təkliflər çoxdur. Məsələn, İran "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsində çıxarılacaq qazı almaq üçün öz təklifini verib.

"Danışıqlar yolu ilə bütün şərt və təklifləri öyrənməliyik", - Əliyev deyib. Nazirin sözlərinə görə, qaz bütünlükdə bir istiqamətdə satılmayacaq.

"Əksər hallarda qaz ən yüksək qiymətlə satılacaq. Bizə sərfəli olan təklifi qəbul edəcəyik", - Əliyev bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti