...

Azərbaycan neftinin qiyməti: 1-5 iyun həftəsinin yekunları

Energetika Materials 8 İyun 2009 12:35 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 1-5 iyun həftəsinin yekunları

Azərbaycan, Bakı, 08 iyun / Trend , müxbir A.Bədəlova /

1-5 iyun həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin orta qiyməti $68,7/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,89/barr çoxdur.

1-5 iyun həftəsində AZERI LT neftinin maksimal qiyməti $69,69/barr, minimal qiyməti isə $67,21/barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

1-5 iyun həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $65,66/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,7/barr çoxdur.

1-5 iyun həftəsində URALS neftinin maksimal qiyməti $66,89/barr, minimal qiymət isə $63,84/barr təşkil edib.
URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

1-5 iyun həftəsində Brent Dated neftinin orta qiyməti $66,64/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $5,1/barr çoxdur.
Ötən həftə Brent neftinin maksimal qiyməti $67,76/barr, minimal qiymət isə $64,92/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected] 

Xəbər lenti

Xəbər lenti