...

SOCAR yanvar-may aylarında 50 min tondan artıq maye qaz istehsal edib

Energetika Materials 8 İyun 2009 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyun / Trend /

SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) ötən ildə istehsal olunan 70 min tona nisbətdə bu ilin yanvar-may aylarında 55,5 min ton maye qaz istehsal olunub.  

May ayında NEZ-də 11,1 min ton maye qaz istehsal olunub.

SOCAR tərəfindən 2008-ci ildə 181,13 min ton, 2007-ci ildə isə 145,03 min ton maye qaz istehsal olunub. İstehsal olunan maye qazın ümumi həcmini butan-butilen fraksiyası təşkil edib.

2006-cı ildə butan-butilen fraksiyası istehsalının həcmi 148,22 min ton təşkil edib. 2005-ci ildə bu göstərici 129,62 min ton idi.

2006 və 2007-ci illərdə olduğu kimi 2008-ci ildə də bu müəssisədə propan-propilen fraksiyası istehsal olunmayıb. 2005-ci ildə propan-propilen istehsalının həcmi 3,02 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti