...

Qaz anbarının tikintisi "Kanaqro" neft şirkətinin fəaliyyətinə təsir göstərmir - Gürcüstanın energetika naziri

Energetika Materials 11 İyun 2009 20:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Qaz anbarının tikintisi Şərqi Gürcüstanda neft və qaz hasilatı üzrə 25 illik lisenziyaya sahib olan ABŞ-ın neft şirkəti "Kanaqro"-nun fəaliyyətinə təsir göstərmir. Bu barədə jurnalistlərə Gürcüstanın energetika naziri Aleksandr Xetaquri bildirib.

"Baxmayaraq ki, regionda qaz ehtiyatları çox azdır, şirkət yataqlarda adi rejimdə işləməyə davam edəcək", - deyə Xetaquri bildirib. Onun sözlərinə görə, qaz anbarı layihəsinin reallaşdırılmasında Azərbaycan tərəfi, xüsusilə SOCAR maraqlıdır. Yaxın zamanlarda ABŞ-ın "Gürcüstan - minilliyin çağırışı" fondu texniki sənədləşmənin hazırlanması üçün tender elan edəcək.

Məqalə müəllifi ilə əlaqə ünavnı: [email protected]

Xəbər lenti

Xəbər lenti