...

Azərbaycanda yeni qaz kəmərləri inşa ediləcək

Energetika Materials 26 İyun 2009 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir E.İsmayılova /

Azərbaycan Azərbaycan Elmi-Tədqiqat Qaz Layihə İnstitutu (AzETQLİ) iki qaz kəmərinin layihələşdirilməsinə başlayıb. Bu barədə AzETQLİ-nin layihə işləri üzrə mütəxəssisi Azər Seyidov bildirib. Qaz kəmərlərinin layihələşdirilməsi üzrə sifariş institutun sıx əməkdaşlıq etdiyi "Aztransqaz" tərəfindən verilib.

"İki qaz kəmərinin layihələşdirilməsi planlaşdırılır, onlardan biri Sanqaçal terminalından Hacıqabula kimi, ikicisi isə "Kalmaz" yeraltı qaz anbarına kimidir. Biz artıq bu kəmərlərin layihələşdirilməsinə başlamışıq", - deyə Seyidov bildirib.

Seyidovun sözlərinə görə, layihə işləri bu ilin sentyabr ayınadək tamalanmalıdır.

Sanqaçal terminalı yaxınlğında "Azəriqaz" QSC yerləşir. Bura terminaldan "Şahdəniz" dəniz qaz-kondensat yatağının və "Azəri-Çıraq-Günəşli" dəniz neft -qaz yataqları blokunun işlənməsi çərçivəsində Azərbaycanın payına düşən qaz tədarük olunur.

"Azəri-Çıraq-Günəşli" böyük dəniz yatağı blokunun iştirakçıları bunlardır: BP (operator - 34,1367 faiz), ChevronTexaco (10,2814 faiz), SOCAR (10 faiz), INPEX (10 faiz), Statoil Hydro (8,5633 faiz), ExxonMobil (8,006 faiz), TPAO (6,75 faiz), Devon Energy (5,6262 faiz), İtochu (3,9205 faiz), Delta Hess (2.7213 faiz)

Qazın Sanqaçal Əsas Qurğularından (SƏQ) ölkənin qaz qovşağı olan və qazın bütün regionlara yayıldığı Qazı Məhəmməd Kompressor Stansiyasına kimi fasiləsiz və təhlükəsiz nəqli üçün əlavə qaz kəməri salınacaq. Layihəyə müvafiq olaraq yeni qaz kəmərinin uzunluğu 47 kilometr, 55 atmosfer təzyiqi ilə diametri 1020 millimetr olacaq. Bu istiqamətdə artıq bir qaz kəməri mövcuddur, o, ötən il istismara verilib. Uzunluğu 47 kilometr, 55 atmosfer təzyiqi ilə diametri 1220 millimetr təşkil edir. Bu qaz kəmərinin tikintisinə kimi qaz köhnə kəmərlə nəql olunurdu. Bu kəmərlə qazı təzyiqlə vermək olmurdu.

"Kalmaz" qaz anbarının qaz ilə təchizi üçün institut əlavə qaz kəmərinin layihələşdirilməsi işlərini aparır. Həmin kəmərin uzunluğu 20,2, atmosfer təzyiqi 55, diametri 720 millimetrdir. Bu qaz kəməri Qaradağ və Qazı Məhəmməd arasındakı 47 kilometrlik kran sahəsindən "Kalmaz" yeraltı qaz anbarınadək uzanacaq.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) -25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, SOCAR - 10 faiz.

Hazırda qaz Cənub Qafqaz qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql olunur. Yatağın işlənməsi üzrə birinci mərhələ çərçivəsində ildə 9 mlrd. kubmetr qazın hasil edilməsi nəzərdə tutulub. Reallaşdırılmasına 2014-cü ildə başlanacaq ikinci mərhələ çərçivəsində yataqda ümumi hasilat 20 mlrd. kubmetrə çatdırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti