...

Almaniyanın sabiq xarici işlər naziri "Nabukko" layihəsi ilə bağlı təbliğat aparacaq

Energetika Materials 27 İyun 2009 12:03 (UTC +04:00)
Almaniyanın sabiq xarici işlər naziri "Nabukko" layihəsi ilə bağlı təbliğat aparacaq

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir А.Bədəlova /

"Almaniyanın sabiq xarici işlər naziri Yoşka Fişer "Nabukko" qaz kəmərinin tikintisi layihəsi üzrə PR məşvərətçi kimi fəaliyyət göstərəcək", - Deutsche Welle alman "Manager Magazin" nəşrinin məqaləsinə istinadən yazır.

"Fişer bu məsələdə Türkiyəyə böyük diqqət ayırır, çünki o, həmişə bu ölkənin Avropa İttifaqına daxil olmasına tərəfdar olduğunu göstərib", - məqalədə bildirilir.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixrac etmək nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

"Layihə üzrə hökümətlərarası müqavilə iyulda imzalanacaq", - Macarıstanın "Nabukko" layihəsindəki xüsusi nümayəndəsi Mixay Bayer deyib. Layihənin daha bir iştirakçısı olan Almaniyanın RWE şirkəti də onun gələn ay imzalanacağını gözləyir.

"Biz ümid edirik ki, Türkiyə gələn ay çərçivə müqaviləsinin imzalanmasına hazır olacaq. Türkiyə Aİ-nin üzvü olmayan yeganə tranzit ölkədir", - RWE-nin "Nabukko" layihəsinin siyasi əlaqələr və strategiyalar üzrə rəhbəri Neyl Makmillan deyib. Bu barədə "RIGZONE" yazır.

Makmillanın sözlərinə görə, layihənin tikintisinin ilk iki mərhələsində "Nabukko"nun əsas qaz tədarükçüləri olan Azərbaycan və Türkmənistanın bu kəmərlə qaz tədarük edəcəklərinə əmin olmaq üçün hökümətlərarası müqaviləni mümkün qədər tez imzalamaq lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti