...

ABŞ Azərbaycandan neft idxalını artırıb

Energetika Materials 30 İyun 2009 12:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir E.İsmayılova /

ABŞ Azərbaycandan 2008-ci ilin analoji dövründə idxal olunan 4,4 milyon barelə nisbətdə bu ilin yanvar-aprel aylarında 7,7 milyon barel neft idxal edib. Bu barədə ABŞ-ın Dövlət Energetika İnformasiya İdarəsinin (EIA) məlumatında deyilir.  

Yanvar ayında ABŞ Azərbaycandan 2,1 milyon barel neft idxal edib. Fevral ayında ABŞ Azərbaycandan nefti idxalı həyata keçirməyib. Mart ayında bu göstərici 2,5 milyon barel, apreldə isə 3,1 milyon barel təşkil edib.

2007-ci ildə idxal olunan 20,6 milyon barelə nisbətdə 2008-ci ildə ABŞ Azərbaycandan ümumilikdə 26,8 milyon barel neft idxal edib. 2006-cı ildə bu göstərici 9,7 milyon barel təşkil edib.   

Azərbaycan neftinin nəql olunduğu əsas ixrac marşrutu nefti Türkiyənin Ceyhan limanına nəql edən Bakı-Tbilisi-Ceyhan boru kəməridir.

Azərbaycanın yüngül nefti Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanından ixrac olunur.

Bakıdan dəmir yolu ilə nəql olunan neft  Gürcüstanın Qara dəniz limanı Batumidən və Bakı-Novorossiyk boru kəməri ilə Novorossiysk limanından ixrac olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti