...

ARDNŞ böyük dəniz yatağı üçün yeni platforma inşa edir

Energetika Materials 1 İyul 2009 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend , E.İsmayılova /

ARDNŞ bu ilin sonuna kimi  "Neft Daşları" dəniz yatağı üçün  "Neft daşları - 2585" dörd bloklu platformanın iki blokunun tikintisini tamamlayacaq. Bu barədə çərşənbə axşamı ARDNŞ şirkətindəki işə yaxın olan mənbədən bildirilib. Əvvəlcə patformanın bloklarının tikintisinin yayda tamamlanması planlaşdırılırdı. Blokların hündürlüyü 64 metr təşkil edəcək. 

Bu blokların inşası Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən həyata keçirilir. Yeni platformalar ehtiyatları əhəmiyyətli dərəcədə işlənən "Neft Daşları" yatağında neft hasilatının stabil həcminin saxlanılması üçün vacibdir.

"Blokların tikintisi üçün vacib işlər artıq görülüb, ilin sonuna kimi bütün işlərin tamamlanması planlaşdırılır", - deyə mənbədən bildirilib.

Əvvəlcədən mənbədən verilən məlumata əsasən, platformanın üst quruluşunun tikintisi sifariş olunmayıb.

Digər iki blokun tikintisini "Neft-qaz tikinti" tresti Zığda tikinti-quraşdırma meydanında həyata keçirəcək, artıq onlar da işə başlayıblar, deyə mənbədən bildirilib.  

Yeni platforma suyun 46 metr dərinliyində, "Neft Daşları - 1887" beş bloklu platformasının 500 metrliyində yerləşəcək. Yeni platforma ilə 12 quyunun qazılması planlaşdırılır.

Bu tədbirlər Azərbaycan Prezidentinin "Neft Daşları" neft-qaz hasilatı idarəsinin hasilat həcminin 812 min tondan 1,2 milyon ton neftə (1,5 dəfə) kimi artırılması haqqında sərəncamı çərçivəsində həyata keçirilir. ARDNŞ geoloqlarının qiymətləndirmələrinə əsasən, "Neft Daşları" yatağında qalıq neft həcmi 30 milyon ton təşkil edir. Yataqda neft hasilatının həcmini 2010-cu ilə kimi artırmaq məqsədilə ARDNŞ 78 yeni quyu qazacaq.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti