...

Azərbaycan Avropanın enerji təchizatı ilə təmin edilməsində mühüm rol oynayacaq - RWE-nin vitse-prezidenti

Energetika Materials 3 İyul 2009 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir A. Bədəlova /

Azərbaycan gələcəkdə Avropanın enerji təchizatı ilə təmin olunmasında mühüm rol oynayacaq. Bunu RWE-nin Bakı ofisinin açılış mərasimində çıxış edərkən yataqların işlənməsi ilə məşğul olan alman şirkətinin vitse-prezidenti Manfred Dvoratçek (Manfred Dworatzek) deyib.

"Azərbaycan zəngin təbii resurslara, xüsusən də neft və qaza sahibdir", - deyə Dvoratçek bildirib.

Onun sözlərinə görə, Azərbaycan enerji ixrac edən ölkə olacaq, eləcə də Xəzər regionundan AB ölkələrinə qaz ixracı üçün nəzərdə tutulan Nabukko layihəsinin gerçəkləşdirilməsində mühüm rol oynayacaq. RWE şirkəti layihə konsorsiumunun 6 səhmdarından biridir.

Dvoratçekin söylədiyi kimi, RWE ölkədə yataqların dayaz hissələrinin işlənilməsində də öz təcrübəsindən istifadə edə bilər. "Biz artıq bununla bağlı ilkin danışıqlar üçün Azərbaycan Dövlət Neft Şirkətinə müraciət etmişik", - deyə Dvoratçek bildirib.

Onun sözlərinə görə, RWE-nin Bakıda açılan ofisi üzərinə uzunmüddətli öhdəlik götürüb. "Ümid edirik ki, şirkətimiz Azərbaycan üçün maraqlı tərəfdaş olacaq", - Dvoratçek belə deyib.

Onun sözlərinə görə, RWE yataqların işlənilməsində böyük təcrübəyə malik olmaqla Azərbaycanın fəal tərəfdaşı olmaq niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti