...

İlin birinci yarısında ARDNŞ-nin Xəzər Dəniz Neft Donanması 300 min tondan çox yük nəql edib

Energetika Materials 23 İyul 2009 11:12 (UTC +04:00)
"İlin birinci yarısında ARDNŞ-nin Xəzər Dəniz Neft Donanması təxminən 309 min tondan çox yük nəql edib ki, bu da proqnozlaşdırılan həcmdən 34 min ton (12,3 faiz) çoxdur", - donanmanın tərkibinə daxil olduğu ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumatında deyilir.

Azərbaycan, Bakı, 23 iyul / Trend /

"İlin birinci yarısında ARDNŞ-nin Xəzər Dəniz Neft Donanması təxminən 309 min tondan çox yük nəql edib ki, bu da proqnozlaşdırılan həcmdən 34 min ton (12,3 faiz) çoxdur", - donanmanın tərkibinə daxil olduğu ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumatında deyilir.

Yanvar-iyunda donanmanın 40 gəmisi 13 milyon manat məbləğində təmir olunub. İyulun 1-nə olan məlumata görə, doananmanın 14 gəmisi təmir, səkkizi isə hesabdan silinməni gözləyir.

Hazırda donanmanın balansında 256 müxtəlif tip gəmi və yeddi üzən sistem (üzən təmir emalatxana və tərsanələri) var. Balansdakı gəmilərin 192-si istismarda, 42-si təmirdədir.

Xəbər lenti

Xəbər lenti