...

Qazaxıstan şirkəti "KazMunayQaz" dövlətin üç böyük neft-qaz layihəsində maraqlarını təmsil edir

Energetika Materials 23 İyul 2009 14:47 (UTC +04:00)

Qazaxıstan, Astana, 23 iyul / Trend , K.Kınırova /

Qazaxıstanın Milli Şirkəti "KazMunayQaz" dövlətin üç böyük neft-qaz layihəsində (Kaşaqan, Tenqiz və Karaçaqanak) maraqlarını təmsil etməkdə davam edir, bu barədə şirkətin birinci yarımil üzrə yekunları barədə iclasında SC-nin İdarə Heyətinin sədri Kairqeldı Kabıldin bəyan edib.

"Bu, şirkətin vacib işlərindən biridir. Bundan əlavə, Qazaxıstanın NEZ-in müasirləşdirilməsi üzrə işlər də davam etdiriləcək", - deyə Kabıldin iclada çıxışı zamanı bildirib.

Onun sözlərinə əsasən, 2009-cu ildə qəbul edilmiş uzunmüddətli strategiyanın inkişafına müvafiq olaraq KMQ-də beş biznes istiqaməti (kəşfiyyat və neft-qaz hasilatı, neft nəqli, emaletmə və marketinq, qaz nəqli, neft-qaz sahəsi servisi) ayrılıb və yeni təşkilat strukturu təsdiq olunub.

"İnvestisiya strategiyasının həyata keçirilməsinin bir hissəsində KMQ "Kazakhstan Pipeline Ventures" (KPV) birgə müəssisəsində BP-nin pay hissəsinin alınması üzrə razılaşmanı başa çatdırıb, bununla yanaşı KTK-da pay hissəsini artırıb. "KazMunayQaz"  "The Rompetrol Group NV" (ТRG) səhmlərinin 100 faizinin sahibi olub", - Kabildin bildirib.

"KazMunayQaz "Milli Şirkəti SC kəşfiyyat, hasilat, emal və karbohidrogen nəqli üzrə Qazaxıstanın neft-qaz sahələrində dövlətin maraqlarını təmsil edən milli operatordur. "KazMunayQaz" MŞ SC-nin səhmlərinin 100 faizi "Samruk-Kazına" Milli Rifah Fondu SC-ə məxsusdur. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti