...

İyunda Türkiyə ərazisi ilə Azərbaycandan neft ixracı artıb

Energetika Materials 24 İyul 2009 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir E. İsmayılov /

İyunda Türkiyə ərazisindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə təxminən 25,9 milyon barel neft ixrac olunub. Mayda bu göstərici 25,7 milyon barel olub. Bu barədə Türkiyənin dövlət boru kəməri şirkəti Botas-ın rəsmi saytında məlumat verilib. Yanvar-iyun aylarında Türkiyə ərazisindən BTC ilə 139,5 milyon bareldən çox neft ixrac olunub.

2008-ci ildə Türkiyə ərazisindən BTC ilə 264 milyon barel neft ixrac edilib.

BTC neft kəməri ilə əsasən Azeri Light markalı Azərbaycan yüngül nefti, eləcə də az miqdarda "Tengiz" yatağından Qazaxıstan nefti nəql edilir. Yanvar-iyun aylarında BTC neft kəməri ilə təxminən 6,7 milyon barel "Tengiz" yatağından çıxarılan Qazaxıstan nefti ixrac olunub.    

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Bunun 443 kilometri Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ildə, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlayıb.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz ); Statoil (8,71 faiz ); ТРАО (6,53 faiz ); Eni (5 faiz ); Total (5 faiz ); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz ); ConocoPhillips (2,50 faiz ) və Amerada Hess (2,36 faiz ).

Xəbər lenti

Xəbər lenti