...

Gürcüstanda neft məhsullarının qiyməti dörd ay ərzində 50 faiz artıb

Energetika Materials 24 İyul 2009 20:40 (UTC +04:00)
Son dörd ay ərzində Gürcüstanda duru yanacaq 50 faiz bahalaşıb ki, bunun da səbəbi dünya bazarındakı vəziyyətdir. Bu barədə cümə günü Gürcüstanın Neft Məhsulları İstesalçıları və İstehlakçıları Birliyinin sədri Vano Mtvralaşvili bildirib.

Gürcüstan, Tbilisi, 24 iyul / Trend , müxbir N.Kirsxaliya /

Son dörd ay ərzində Gürcüstanda duru yanacaq 50 faiz bahalaşıb ki, bunun da səbəbi dünya bazarındakı vəziyyətdir. Bu barədə cümə günü Gürcüstanın Neft Məhsulları İstesalçıları və İstehlakçıları Birliyinin sədri Vano Mtvralaşvili bildirib.

"Qiymətlərimiz dünya bazarı qiymətləri ilə oxşar ola bilməz. Bu proseslər bir neçə aydır ki, davam edir, duru yanacağın qiyməti hər ay beş tetr (təqribən üç sent) artır", - o bildirib.

Mtvralaşvilinin sözlərinə görə, yerli bazar qiymətlərini duru yanacağın idxalına qoyulan gömrük rüsumları və milli valyutanın devalvasiyası müəyyən edir.

"Duru yanacağa müxtəlif vergilər və aksizlər qoyulur, buna eyni zamanda nəqliyyat xərcləri və digər ödəmələr əlavə olunur. Duru yanacaqlar üzərində böyük vergi yükü var", - Mtvralaşvili bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti