...

ARDNŞ 50 perspektivli neft-qaz strukturunu qazmaya hazırlayıb

Energetika Materials 27 İyul 2009 14:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyul / Trend /

ARDNŞ-in Geofizika və Geologiya İdarəsi hələlik şirkətin qazma işlərinin aparılması üzrə proqrama daxil olmayan 50 perspektiv lidəniz və quru neft-qaz strukturunu qazmaya hazırlayıb, bu barədə idarənin başçısı Vaqif Abdullayev "Respublika" qəzetinə müsahibəsində bildirib.

"Bu strukturlar bugünün tələbləri nöqteyi-nəzərindən eyni deyil, onlar arasında seçim aparılır", - deyə Abdullayev bildirib.  Qazma üçün ən perspektivli olanlar təklif olunub. Bu strukturlar üçün əlavə geofiziki işlərin həcmi və xarekteri müəyyən edilib.  

Həmçinin yaxın zamanlarda idarə Xəzərin dayaz hissəsində (30 metrə kimi) işlərə başlamağı planlaşdırır. Son iki il ərzində bu işlərin keçirilməsi üçün idarə tərəfindən müvafiq avadanlıq və cihazlar alınıb.   

Azərbaycan Prezidentinin əhalinin qaz ilə daimi təchiz edilməsi haqqında sərəncamı ilə əlaqədar olaraq ARDNŞ Qaradağ yeraltı qaz anbarının həcminin genişləndirilməsini həyata keçirir. Bu məqsədlə geoloji işlər planı təsdiqlənib və geofiziki işlər artıq başa çatıb. Aparılan işlər çərçivəsində ilkin geoloji modeldən çox yaxşı bir model inşa edilib, qaz anbarının qərbində isə yeni textonik blok aşkar edilib.

Qaz anbarının genişləndirilməsi üzrə işlərin iki mərhələdə həyata keçirilməsi güman edilir. Birinci mərhələ onun aktiv həcminin hazırki 500 milyon kubmetrdən 1,4 milyard kubmetrə kimi artırılmasını nəzərdə tutur.

ARDNŞ-in geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Yusif Xoşbəxtzadənin öncə bildirdiyi kimi, qaz anbarının genişləndirilməsinin birinci mərhələsi çərçivəsindəki işlərin 2010-cu ildə qaz doldurulması mövsümünün əvvəlinə kimi (mart-aprel) başa çatdırılması planlaşdırılır.

Qaz anbarının genişləndirilməsinin ikinci mərhələsi çərçivəsində onun həcminin 2,3 milyard kubmetrə kimi artırılması planlaşdırılır.

ARDNŞ-in "Neft-qaz tikinti" İnstitutu tərəfindən hazırlanan texniki-iqtisadi əsaslandırmaya əsasən, Qaradağ yeraltı qaz anbarının aktiv həcminin artırılmasının ümumi dəyəri 75 milyon manat təşkil edir. 

Xəbər lenti

Xəbər lenti