...

İran "Nabukko"-da iştirak etmək üçün ABŞ ilə münasibətləri qaydasına salmalıdır - amerikalı ekspert

Energetika Materials 1 Avqust 2009 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 avqust / Trend , müxbir Y.Ostapenko /

Kolumbiya Universitetinin Energetika, Dəniz Nəqliyyatı və İctimai Siyasət üzrə Mərkəzinin elmi əməkdaşı Janin Mitçell hesab edir ki, İran "Nabukko" qaz kəməri layihəsində iştirak edə bilər, lakin bunun üçün ABŞ ilə münasibətləri qaydasına salmaq lazımdır.

"İranın "Nabukko" layihəsində iştirak etməsi üçün İran və ABŞ arasında dost münasibətlərinin bərpa olunması vacibdir", - Mitçell cümə günü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində jurnalistlərlə görüşündə bildirib.

Dəyəri 7,9 mlrd avro olan "Nabukko" kəməri ilə Xəzər və Yaxın Şərq qazının Avropa İttifaqı ölkələrinə tədarükü nəzərdə tutulub. Qaz kəmərinin tikintisi 2011-ci ilə planlaşdırılır. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Mitçellin sözlərinə görə, Avropa İttifaqı vahid mövqedə qalmalıdır, Qafqaz və Avrasiyaya münasibətdə məntiqi, ardıcıl enerji siyasətini həyata keçiməlidir.

"Bu əldə olunduğu zaman layihələrin, xüsusilə də "Nabukko"-nun həyata keçirilməsində mümkün maneələr və təhlükələr azalacaq", - deyə Mitçell bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti