...

Naxçıvanda qazın saxlanılması və sıxılması kompleksinin yaradılması üzrə texniki təkliflər hazırlanıb

Energetika Materials 4 Avqust 2009 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 avqust / Trend /

Naxçıvan Muxtar Respublikasında yeraltı qaz anbarının yaradılması çərçivəsində MR-də qazın sıxılması və izotermiya üsulu ilə saxlanılması kompleksinin inşası üçün texniki təkliflər hazırlanıb, Naxçıvan Muxtar Respublikasında səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevə ARDNŞ-in baçşçısı Rövnəq Abdullayev bildirib, AzTV xəbər verir.

"Mütəxəssislər tərəfindən keçirilən tədqiqatlar nəticəsində təkliflər hazırlanıb", - deyə Abdullayev bildirib.

"Təkliflərə uyğun olaraq qazın saxlanılması və sıxılması üçün kompleksin inşasında müasir texnologiyalardan istifadə olunacaq", - Abdullayev qeyd edib.

Yeraltı qaz anbarının yaradılması il ərzində NMR-in qaz ilə fasiləsiz təchizatı üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti