...

İyulda Azərbaycan paytaxtında qaz sərfi azalıb

Energetika Materials 5 Avqust 2009 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 avqust / Trend , müxbir E.İsmayılov /

Yanvar-iyul aylarında "BakQaz" İstehsalat Birliyi (İB) (Bakıda qazı bölüşdürən və satan) şəhərin qaz sisteminə 1,6 milyard kubmetrdən çox məişət qazı verib. Bu barədə çərşənbə günü İB-dəki mənbədən bildirilib.

Mənbədən deyilənə görə, iyulda paytaxtın qaz sisteminə iyundakı 114 milyon kubmetrdən çox göstəriciyə qarşı 109 milyon kubmetrə yaxın qaz verilib. Mayda sistemə təxminən 141 milyon kub metr qaz verilib.

"Hazırda Bakının qaz sisteminə sutkalıq qaz verilişi 3,4 milyon kub metr təşkil edir", - mənbədən bildirilib.

Paytaxtda qaz istehlakı həcminin azalması yay mövsümü ilə əlaqədardır.

Ötən il İB Bakı qaz sisteminə ümumilikdə təxminən 2,45 milyard kubmetr qaz verib.

2008-ci ildə İB şəhərin qaz sisteminə qaz verilməsinin mövsümi rejimindən (yay və qış mövsümü) tamamilə imtina edib. Bundan sonra verilən qazın həcmini istehlakçıların tələbatı müəyyənləşdirib. Mövsümi rejimin tətbiqi əhalinin əksəriyyətində sayğacın yoxluğu ilə əlaqədar olub, bunun nəticəsində də əhali qazdan səmərəsiz istifadə edib. Hazırda sayğaclarla Bakı qaz sistemi abonentlərinin 100 faizi təmin olunub. Əvvəllər yay mövsümündə qazın sutkalıq verilişi 3-4 milyon kubmetr təşkil edib. Qış mövsümündə isə bu rəqəm 10-13 milyon kubmetr olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti