...

İran Hindistana elektrik enerjisinin verilməsi üzrə layihə hazırlayır

Energetika Materials 24 Avqust 2009 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust / Trend /

İran hökuməti Hindistana elektrik enerjisinin verilməsi üçün 1550 kilometrlik yüksək gərginlikli eletrikötürücü xətlərinin, həmçinin ölkədə qazla işləyən 6000 meqavat gücə malik elektrik stansiyasının tikintisi imkanını nəzərdən keçirir. Bu barədə "Hindustan Times" qəzeti yazır.

Layihənin dəyəri 10 milyard dollara yaxın olacaq.

"İstehsal olunan enerjinin 5000 meqavatı Hindistana, qalan 1000 meqavatının isə Pakistana ötürülməsi gözlənilir", - qəzet rəsmi mənbələrə istinadən yazır.

Elektrik stansiyalarının tikintisi NTPC Ltd. (National Thermal Power Corporation) şirkətinə tapşırılacaq.

NTPC sədrinin sözlərinə görə, layihə üzrə ilkin müzakirələr aparılıb və hazırda bu məsələ ilə bağlı enerji nazirliyi ilə məsləhətləşmələr gözlənilir.

Elektrik verilişi üzrə "Power Grid" şirkəti layihənin işə buraxılması üçün maliyyə və texniki təfərrüatları hazırlayır.

"Power Grid"-in sədrinin sözlərinə görə, iki alternativ variant hazırlanıb: 200 milyard rupi qiymətində dəyərləndirilən, İrandan Pakistan vasitəsilə Qucarat ştatına qədər uzanan 1500 kilometrlik quru yol marşrutu və Pakistandan yan keçməklə, cənubdan 1000 kilometrlik marşrut.

Sədrin sözlərinə görə, ikinci variant iqtisadi cəhətdən sərfəli deyil və iki dəfə baha başa gəlir.

Xəbər lenti

Xəbər lenti