...

ABŞ "Nabukko" üzrə razılaşmanı onun realizəsi istiqamətində vacib addım hesab edir - Dövlət Departamentinin xüsusi nümayəndəsi

Energetika Materials 26 Avqust 2009 17:28 (UTC +04:00)

Qazaxıstan, Astana, 26 avqust / Trend , müxbir K.Konırova /

"ABŞ "Nabukko" qaz kəməri layihəsi üzrə imzalanmış dövlətlərarası razılaşmanı yüksək qiymətləndirir", - çərşənbə günü Trend -ın xüsusi müxbirinə Astanada ABŞ Dövlət Departamentinin Avrasiya energetikası üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar deyib.

"Biz "Nabukko"-nu vacib addım hesab edirik və baxmayaraq ki, hələ atılası bir çox addımlar var, bu layihə üzrə imzalanmış müqavilə layihənin bundan sonra da inkişaf etdirilməsinə mühüm stimul oldu", - Morninqstar bildirib.

"Bizim "Nabukko" və ümumiyyətlə layihə, Cənub dəhlizi və Ankarada Türkiyə və konsorsiumun dörd üzv dövləti arasında imzalanmış dövlətlərarası razılaşma barədə təəssüratlarımız müsbətdir", - Morninqstar qeyd edib.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qazın ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək. Boru kəmərinin maksimal gücü ildə 31 mlrd. kubmetrə bərabərdir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Layihənin ümumi dəyərinin təxminən 30 faizi layihədə iştirak payı əsasında Nabucco Gas Pipeline International-ın səhmdarları tərəfindən ödəniləcək, qalan 70 faizi isə kreditorların hesabına maliyyələşdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti