...

Rusiya müəssisəsi ilin sonunadək Türkmənistan üçün neftdaşıyan tanker quracaq

Energetika Materials 4 Sentyabr 2009 16:53 (UTC +04:00)

Trend-i buradan izləyin

Türkmənistan, Aşqabad, 4 sentyabr / Trend , müxbir H.Həsənov /

Rusiyanın Nijni Novqorod şəhərində iri gəmiqayırma müəssisəsi "Krasnaya Sormova" ilin sonunadək Türkmənistanın Türkmənbaşı dəniz limanı üçün nəzərdə tutulmuş daha bir neftdaşıyan tanker "Hazar" quracaq, əvvəlki analoji çay-dəniz tipli "Sumbar" gəmisi artıq limanın sərəncamına verilib.

Sifarişlər neft və neft məhsullarının daşınması üçün 7 milyon ton yükgötürmə qabiliyyətli iki tankerin inşası üzrə "Türkməndənizyolları" dövlət idarəsi ilə müqavilə əsasında yerinə yetirilir. Layihənin maliyyələşdirilməsi İslam İnkişaf Bankından alınmış 31 milyon dollar kreditin hesabına həyata keçirilir.

"Hazırda, "Hazar"ın qurulmasında işin 70 faizi yerinə yetirilib", - "Türkməndənizyolları"dan məlumat verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti