Azərbaycan, Bakı, 07 sentyabr / Trend /
İranın yeni neft naziri Masud Mirkazimi bəyan edib ki, İranda neft emalı üzrə istehsal potensialı böyük sürətə malikdir və benzin ilə əlaqədar hər hansı bir narahatlığa ehtiyac yoxdur. Əgər İranın benzin idxalına qarşı sanksiya tətbiq edilərsə, o zaman rəsmi Tehran Venesueladan tədrükləri davam etdirəcək, Mehr İnformasiya Agentliyi yazır.
"Tehran və Karakas Cənubi Amerikadan neft tədarükünə dair saziş imzalayıb. Sazişə əsasən, İranın benzin idxalına qarşı sanksiya tətbiq edilərsə, Venesuela İslam Respublikasının benzinə olan ehtiyacını təmin edəcək", - Mirkazimi bildirib.
Nazir qeyd edib ki, İran və Venesuela arasında neft sənayesi sahəsində əməkdaşlığın inkişafına dair müqavilə imzalanıb. "Oktyabrdan etibarən Venesuela sutkada 20 min barel neft ixrac edəcək", - İranın neft naziri bildirib.