...

OPEK dünya neft tələbatının artacağını proqnozlaşdırır

Energetika Materials 9 Sentyabr 2009 11:29 (UTC +04:00)
OPEK dünya neft tələbatının artacağını proqnozlaşdırır

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir A.Bədəlova /

2009-cu ildən 2013-cü ilədək dünya neft tələbatı 84,2 milyondan 87,9 milyon barelə qədər sutkada 3,7 milyon barel artacaq. Bu barədə OPEK-in 2009-cu ilə olan neft bazarı üzrə məruzəsində deyilir.

OPEK-in proqnozuna görə, 2010-cu ildə neftə olan dünya tələbatı cüzi dərəcədə - sutkada 0,4 milyon barel artacaq. Məruzədə deyildiyi kimi, tələbata təsirin əsas faktoru kimi dünya iqtisadiyyatının aşağı artım səviyyəsi qalır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində neft tələbatı OPEK-in proqnozuna görə, 2008-ci ildəki 47,5 milyon bareldən 2010-cu ildə sutkada 45,5 milyon barelədək enəcək.

OPEK-in proqnozuna görə, neft tələbatı artımının yeganə mənbəyi inkişaf etməkdə olan ölkələr olacaq. Bu ölkələrdə neftə olan tələbat 2009-cu ildəki 33,1 milyon bareldən 2013-cu ildə sutkada 37,1 milyon barelədək artacaq.

Uzunmüddətli perspektivdə OPEK dünya neft tələbatının sutkada 15,4 milyon barel - 2015-ci ildə 90,2 milyon bareldən 2030-cu ildə sutkada 105,6 milyon barelədək artacağını planlaşdırır.

Eləcə də ortamüddətli proqnozlardakı kimi, uzunmüddətli perspektivdə də dünya neft tələbatının əsas artımı inkişaf etməkdə olan ölkələr tərəfindən təmin ediləcək. Bu ölkələrdə tələbat 2015-ci ildə sutkada 39,3 milyon bareldən 2030-cu ildə sutkada 56,1 milyon barelə qədər artacaq.

OPEK-in proqnozuna əsasən, dünya tədarükünün həcmi ortamüddətli perspektivdə 2010-cu ildə sutkada 84,7 milyon bareldən 2013-cü ildə sutkada 88,2 milyon barelədək artacaq.

Neft tədarükünün ümumi həcmindən 2013-cü ildə 51,4 milyon barel OPEK-ə daxil olmayan ölkələrin payına düşəcək.

"Gözlənildiyi kimi, OPEK-ə daxil olmayan ölkələrin neft tədarükünün ümumi həcmi ortamüddətli perspektivdə cüzi artımını davam etdirəcək. Bu ölkələrin tədarükünün həcmi 2008-ci ildən 2013-cü ilədək sutkada bir milyon bareldən bir qədər çox olacaq", - OPEK-in məruzəsində deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti