Azərbaycan, Bakı, 09 sentyabr / Trend /
Yanvar-avqust ayları ərzində ARDNŞ-nin Heydər Əlyev adına Neft Emalı Zavodu tərəfindən 101,5 min ton maye qaz istehsal edilib. Bu göstərici ötən ilin yanvar-avqust aylarında təxminən 119 min ton təşkil etmişdi.
Avqust ayında NEZ tərəfindən təxminən 18 min ton maye qaz istehsal edilib. İyulda bu göstərici 15 min ton təşkil edib.
2008-ci ildə ARDNŞ tərəfindən təxminən 181,13 min ton maye qaz istehsal edilib. 2007-ci ildə 145,03 min ton həcmində maye qaz istehsal edilib. İstehsal edilən maye qazın ümumi həcmini butan-butilen fraksiyası təşkil edib.
2006-cı ildə butan-butilen fraksiyasının istehsal həcmi 148,22 min ton təşkil edib. 2005-ci ildə bu göstərici 129,62 min ton təşkil edib.
2008-ci ildə əvvəlki iki ildə olduğu kimi bu müəssisədə propan-propilen fraksiyası istehsal olunmayıb. 2005-ci ildə propan-propilen istehsalının həcmi 3,02 min ton təşkil edib.