...

ARDNŞ Azərbaycanda öz yanacaq doldurma stansiyalarını istismara verməyə hazırlaşır

Energetika Materials 15 Sentyabr 2009 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir S.Əliyev /

2009-cu ilin sonuna kimi ARDNŞ öz brendi altında Azərbaycanda ilk yanacaq doldurma stansiyalarının istismara verilməsinə başlamağı planlaşdırır, bu barədə çərşənbə axşamı şirkətin yüksək rütbəli nümayəndəsi bildirib.

"Hazırda layihə və inşa işləri fəal şəkildə həyata keçirilir", - Dövlət Neft Şirkətinin nümayəndəsi bildirib.

Layihənin həyata keçirilməsi üçün SOCAR Petroleum BM (SOCAR və AP Petroleum) yaradılıb. ARDNŞ-a iştirak payının 51 faizi məxsusdur, qalan hissə isə Amerikanın A.P.İnternational LLC.şirkətinə məxsusdur. Nizamnamə kapitalı 10 milyon dollar təşkil edir. Həmin vəsait ARDNŞ tərəfindən yatırılıb. BM Azərbaycanda distribusiya fəaliyyəti ilə məşğul olacaq.

İlkin mərhələdə 26 yanacaq doldurma stansiyasının açılması planlaşdırılır, gələcəkdə ümumi inkişaf nəzərə alınaraq onların sayı artırılacaq.

Hazırda ARDNŞ Gürcüstanda YDS şəbəkəsinə malikdir. Onların sayının yaxın illərdə 60-a çatdırılması planlaşdırılır.

Hazırda şirkət neft hasil edərək özününün iki NEZ-də emal edir. NEZ-lərin ümumi gücü 20 milyon ton təşkil edir. NEZ-də hər il 6-7 milyon ton neft emal edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti