...

Transxəzər neft layihəsi üzrə konsorsium yaradılacaq

Energetika Materials 23 Sentyabr 2009 16:28 (UTC +04:00)

Qazaxıstan, Astana, 23 sentyabr / Trend , müxbir K.Konırova /

Qazaxıstandan Bakıya neft nəqli sistemi ilə bağlı konsorsiumun yaradılması barədə qərar qəbul edilib. Bu barədə çərşənbə günü jurnalistlərə "KazMunayQaz" MŞ SC-nin direktoru Nurtas Şmanov bildirib.

"Transxəzər layihəsi üzrə konsorsium yaradılacaq. Konsorsiuma yalnız iki şirkət  - "KazMunayQaz" və ARDNŞ daxil olacaq. Biz sözügedən məsələ üzrə Qazaxıstan Prezidentinin Bakıya səfərinə kimi hazırlaşmağa çalışırıq", - Şmanov deyib.

Transxəzər layihəsi Qazaxıstanın Xəzər Nəql Sisteminin (QXNS) bir hissəsidir. Şmanovun sözlərinə görə, Transxəzər layihəsinin TİƏ-si (texniki iqtisadi əsaslandırma) növbəti ilin birinci rübündə hazır olmalıdır və bununla alman şirkəti məşğul olur. Transxəzər layihəsinin dəyəri onun sözlərinə əsasən, 2,5 milyard dollar təşkil edir.

"Hazırda Azərbaycan tərəfi ilə tankerlər üzrə konsepsiya müzakirə olunur. Biz hər iki tərəf üçün səmərəli olan variantı seçməliyik. Hazırda Xəzərdə fəaliyyət göstərən tanker donanması və hətta Qazaxıstanın yeni tankerləri su tutumunun azlığı səbəbindən yararlı deyil. Onlar yalnız layihənin ilkin mərhələsində istifadə oluna bilər", - Şmanov bildirib.

"Konsorsium iştirakçılarının "Kaşaqan" və "KazMunayQaz" üzrə Qazaxıstanın Xəzər Nəql Sistemində ("Eskene-Kurık" boru kəməri) iştirak payına dair razılıq əldə edibmi" sualına direktor cavab verərək deyib ki, bu məsələ hələ də müzakirə mərhələsindədir.

Bununla yanaşı, Şmanov bildirib ki, QXNS layihəsi zəmanət verilmiş neft tədarükləri məsələsi aydınlaşdırılmayana kimi başa çatmayacaq.

"Neftin lazımi həcmlərinin hasilatı məsələsi həll edildikcə, o da tədricən inkişaf edəcək", - Şmanov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti