...

ARDNŞ Gürcüstana qaz tədarükünü artırıb

Energetika Materials 25 Sentyabr 2009 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend /

Hazırda ARDNŞ müqavilə çərçivəsində Gürcüstana sutkalıq iki milyon kubmetrə yaxın qaz tədarük edir. Bu barədə cümə günü hökumətdən deyilib.

ARDNŞ və Gürcüstan hökuməti keçən il dekabrın 26-da Gürcüstanın Kaxetiya, Msxeta-Mtianeti, Şido, Kvemo-Kartli, Acarıstan, Quriya, İmeretiya, Sameqrelo kimi ərazilərini əhatə edən 30 qazpaylayıcı təsərrüfatın və qazpaylayıcı şəbəkənin verilməsi və idarə edilməsinə dair müqavilə imzalayıblar. Bu şəbəkələr 24 şirkətlə istismara verilib.

Apreldə SOCAR Energy Georgia azərbaycanlıların kompakt şəkildə yaşadığı Marnueli rayonunda qazpaylayıcı şəbəkəni istifadəyə götürüb. Marnueli qazpaylayıcı şəbəkə - SOCAR Energy Georgia tərəfindən Gürcüstanda istifadəyə götürülən 31 qaz təsərrüfatıdır.

Üçillik investisiya proqramı çərçivəsində bu şəbəkə istehlakçılarının sayını 60 mindən 150 minədək artırmaq planlaşdırılır. Birinci il çərçivəsində ümumi uzunluğu 800 kilometr olan qazpaylayıcı şəbəkələr inşa ediləcək. Birinci investisiya ili çərçivəsində qazpaylayıcı şəbəkələrin inkişafına 28,6 milyon dollar qoyulacaq.

Xəbər lenti

Xəbər lenti