...

Azərbaycan Prezidenti ABŞ-ın energetika nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Energetika Materials 5 Oktyabr 2009 18:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də ABŞ-ın energetika nazirinin müavini Daniel Ponemanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti ABŞ-ın energetika nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 05 oktyabr / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də ABŞ-ın energetika nazirinin müavini Daniel Ponemanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında energetika sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminlik ifadə olunub. ABŞ-ın energetika nazirinin müavininin ölkəmizə səfərinin bu sahədə əməkdaşlığın möhkəmlənməsi baxımından əhəmiyyəti vurğulanıb.

Xəbər lenti

Xəbər lenti