İran, Tehran, 26 oktyabr / Trend , müxbir T.Cəfərov/
Rəsmi Tehran Rusiya tərəfinin qabaqcadan qoyulan müddətdə Buşehr atom elektrik stansiyasının tikintisini başa çatdıracağını gözləyir, bu barədə bazar ertəsi Tehranda mətbuat konfransında İranın xarici işlər naziri Manuçöhr Müttəki bildirib.
"Rosatomeksport" şirkəti və Rusiya hökuməti müəyyən edilmiş müddətdə Buşehr AES-i təhvil verməyi öz öhdəsinə götürüb", - nazir bildirib.
"Hazırda AES-in inşası yekun mərhələyə yaxınlaşır", - nazir bildirib.
Müttəkinin xarici KİV-lər üçün mətbuat konfransı oktyabrın 19-dan etibarən Tehranda keçirilən Mətbuat və İnformasiya Agentliklərinin XVI Beynəlxalq Sərgi-Konfransının sonuncu günü keçirilib.