...

Azərbaycan Prezidenti elektrik enerjisi, qaz və su təchizatı haqqında qanunlara əlavə və dəyişikliklər edilməsi barədə fərman imzalayıb

Energetika Materials 2 Noyabr 2009 19:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının "Elektrik enerjisi haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı sular haqqında" qanunlarına əlavə və dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Azərbaycan Prezidenti elektrik enerjisi, qaz və su təchizatı haqqında qanunlara əlavə və dəyişikliklər edilməsi barədə fərman imzalayıb

Azərbaycan, Bakı, 02 noyabr / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının "Elektrik enerjisi haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı sular haqqında" qanunlarına əlavə və dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Nazirlər Kabinetinə iki ay ərzində yuxarıda göstərilən qanunlara əlavələr və dəyişikliklərin Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Həmçinin Nazirlər Kabinetinə qazdan istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək, qaz qurğusuna dair dövlət standartlarını müəyyən etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, sudan istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək, paylayıcı su kəmərləri şəbəkəsinə, su tutarlarına (su anbarlarına), qoşulmalara, siyirtmələrə, kranlara dair dövlət standartlarını müəyyən etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək həvalə edilib.

Fərman çərçivəsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin bir hissəsinin yuxarıda göstərilən qanunlar çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verilməsi qeyd edilib.

Xəbər lenti

Xəbər lenti