Azərbaycan, Bakı, 6 noyanbr/Trend capital/
Yaxın zamanlarda Xəzərin Azərbaycanın sektorunda yerləşən "Babək", Naxçıvan", "Zəfər-Məşəl", "Şəfəq", "Asiman", "Əşrəfi", "Qarabağ" perspektivli sturkurlarında axtarış-tədqiqat işlərinə başlanması planlaşdırırlır, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev deyib. Bu haqda "AzərTAc" Dövlət Agentliyi məlumat verib.
Abdullayev deyib ki, bütün bu işlərdə "Neft Daşları"nın infrastrukturu, orada toplanmış zəngin təcrübə və kadr potensialı əsas istinad mərkəzi olacaq. "Artıq "Ümid" strukturunda başlanmış kəşfiyyat işləri bunu bir daha sübuta yetirir", - deyə Abdullayev əlavə edib.
ARDNŞ-in proqnozuna müvafiq olaraq, "Babək" strukturunun potensialı 300 milyard kubmetr qaz və 45 milyon ton kondensat, "Zəfər-Məşəl" strukturunun ehtiyatları 300 milyard kubmetr qaz və 40 milyon ton kondensat, "Naxçıvan" strukturunun ehtiyatları isə 300 milyard kubmetr qaz və 40 milyon ton kondensat səviyyəsində qiymətləndirilir.
Hazırda ARDNŞ öz şəxsi vəsaitləri hesabına Xəzərin Azərbaycan sektorunda perspektivli qaz kondensat strukturunda ilk kəşfiyyat quyusunun qazılmasını həyata keçirir. Quyunun dərinliyi 6500 metr olacaq. Bu, ARDNŞ-in son 15 ildə şəxsi vəsaiti hesabına qazdığı ilk kəşfiyyat quyusudur. ARDNŞ geoloqları tərəfindən "Ümid" prspektivli strukturunun ehtimal edilən ehtiyatları 200 milyard kubmetr qaz və 30 milyon ton kondensat olaraq qiymətləndirilir.