...

"Azərenerji" enerji paylanması üzrə yeni MMC təsis edib

Energetika Materials 6 Noyabr 2009 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 noyabr / Trend /

Azərbaycanda "Şəki yüksəkvoltlu elektrik şəbəkəsi" MMC qeydiyyatdan keçib. Bu barədə Azərbaycan Vergilər Nazirliyinin rəsmi internet saytının "vahid pəncərə" bölməsində məlumat verilir.

Yeni MMC-nin təsisçisi "Azərenerji" SC-dir. MMC-nin hüquqi nümayəndəsi Nadir Əmiranovdur.

Müəssisənin nizamnamə kapitalı 1,5 milyon manat təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq, oktyabr ayında Şəki regional enerji şəbəkəsi "Azərenerji" SC-nin balansına verilib. 2007-ci ildən bu şəbəkə yerli "Xəzər İnvest" şirkətinin idarəçiliyində olub.

Elelkrtik şəbəkəsinin xidmət ərazisi Şəki, Zaqatala, Qax, Balakən və Oğuz rayonlarıdır.

Noyabrın 06-na olan rəsmi məzənnə 0,8031 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti