...

ARDNŞ şimal istiqamətində neft nəqlini davam etdirir

Energetika Materials 13 Noyabr 2009 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir E.İsmayılov/

Hazırda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Bakı-Novorossiysk" boru kəməri vasitəsilə sutkada 10 min ton Azərbaycan nefti nəql edir. Bu barədə cümə günü neft-qaz mənbəsindən bildirilib. Noyabr ayı ərzində boru kəməri vasitəsilə 240 min ton Azərbaycan neftinin nəql edilməsi nəzərdə tutulur.

Mənbənin dediyi kimi, plana əsasən texniki planlaşdırma işlərini aparmaq üçün noyabrın 19-da bu istiqamətdə neftin nəqli səkkiz saatlıq dayandırılacaq. Həmçinin noyabrın 6-da neftin nəqli plandankənar olaraq 2,5 saat dayandırılıb. Dayandırılma Rusiya tərəfinin tələbi ilə bərpa edilib.

"Şərq marşrutu ilə noyabr ayı üçün planlaşdırılmış neft nəqlinin noyabrın 26-da başa çatdırılması planlaşdırılır", - mənbə deyib.

ARDNŞ 2009-cu ildə neft nəqlini 2008-ci ildə nəql edilmiş 1,3 milyon ton neftə nisbətdə 2,5 milyon tonadək artırmaq niyyətindədir.

ARDNŞ Novorossiysk vasitəsilə öz yataqlarından hasil edilən neftin, həmçinin Azərbaycanın quru ərazisində işləyən birgə müəssisələrin və əməliyyat şirkətlərinin neftinin yükboşaltmasını həyata keçirir. Bu ilin yanvar-oktyabrında şirkət "Bakı-Novorossiysk" şimal boru kəməri vasitəsilə 2008-ci ilin yanvar-oktyabrında ixrac edilmiş bir milyon tona nisbətdə 2 milyon tondan çox neft ixrac edib.

Bu gün "Bakı-Novorossiysk" boru kəməri vasitəsilə neft nəqli sayəsində Azərbaycan çıxışda (Novorosiysk limanında) digər istehsalçıların neftinin qarışığından Urals markalı neft əldə edir.

"Bakı-Novorossiysk" boru kəmərinin operatoru 2007-ci ilədək ABƏŞ olub, sonra isə bu funksiyanı ARDNŞ-yə verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti