...

ARDNŞ 2008-ci ildə kapital qoyuluşunu xeyli artırıb

Energetika Materials 16 Noyabr 2009 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr / Trend , müxbir E.İsmayılov/

2008-ci ildə ARDNŞ-nin kapital qoyuluşu 914 milyon manata yaxın olub. 2007-ci ildə bu göstərici 768 milyon manat təşkil edib. Bu barədə şirkətin 2008-ci ilə olan hesabatında deyilir.

Qoyulan kapitalın ümumi həcmindən 232 milyon manata yaxını (proqnozlaşdırılandan 58,8 faiz çox) qazma işlərinin payına düşüb. İnşaata 518 milyon manata yaxın (proqnozlaşdırılandan 10,1 faiz çox), quraşdırılma tələb etməyən avadanlıqlara 162 milyon manatdan çox (proqnozlaşdırılandan 30,9 faiz çox), geoloji kəşfiyyat işlırinə isə 2,6 milyon manatdan çox (proqnozlaşdırılandan 23 faiz çox) kapital qoyulub.

Kapital qoyuluşu (min manat)

2008

2007

Fərq

Kapital qoyuluşu (cəmi)

913936,3

767999,4

145936,9

O cümlədən

Qazma

231639,4

119427,3

112212,1

- kəşfiyyat

7738,8

4169,1

3569,7

- istismar

223900,6

115258,2

108642,4

Geoloji kəşfiyyat

2642,7

1457,9

1184,8

İnşaat

517552,6

461268,5

56284,1

Quraşdırılma tələb etməyən avadanlıq

162101,6

185845,7

-23744,1

Sənaye istehsalında kapital qoyuluşu

816804,2

686852,1

129952,1

Qeyri-sənaye inşaatı üzrə kapital qoyuluşu

97132,1

81147,3

15984,8

O cümlədən

- yaşayış inşaatı

24665,3

21160,5

3504,8

- kommunal inşaat

1362,7

2822

-1459,3

- xalq təhsili

16502,5

10147,6

6354,9

- tibbi inşaat

53655,7

47017,2

6638,5

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti