...

Bakı metropoliteni bütün metro stansiyalarında yeni eskalator quraşdıracaq

Energetika Materials 18 Noyabr 2009 13:59 (UTC +04:00)
Növbəti səkkiz il ərzində Bakı mertopoliteninin bütün stansiyalarında yeni eskalator quraşdırılacaq. Bu barədə çərşənbə günü metropolitenin rəhbəri Tağı Əhmədov deyib.

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir M.Əliyev/

Növbəti səkkiz il ərzində Bakı mertopoliteninin bütün stansiyalarında yeni eskalator quraşdırılacaq. Bu barədə çərşənbə günü metropolitenin rəhbəri Tağı Əhmədov deyib.

Onun sözlərinə görə, əvvəlki iki nəfər üçün nəzərdə tutulan eskalatorlardan fərqli olaraq, yeni eskalatorlar dörd nəfər üçün nəzərdə tutulacaq.

Əvvəl Bakı metropoliteni "İçəri Şəhər" metro stansiyasında üç eskalator dəyişib. Metropolitenin digər mənbəsinin əvvəl bildirdiyinə görə, metropolitenin aldığı üç eskalatorun dəyəri 5 milyon dollardır.

Həmçinin dekabrın sonlarında, "28 may" stansıyasının Salatın Əskərova küçəsinə əlavə çıxışının istismara verilməsi planlaşdırılır. Hazırda "28 may" stansiyası yerləşən rayonda Bakı metropoliteninin texnoloji korpus, ATS və Bakmetropolitenin dispetçeri yerləşəcəyi izibati binası tikilir. Binanın 2010-ci ilin sonu, 2011-ci ilin əvvəlində istismara verilməsi planlaşdırılır. Bakı metropoliteni "İçəri Şəhər", "Sahil", "Nizami" və "Xətai" metro stansiyalarının əlavə çıxışlarının layhələşdirilməsi üzrə tender elan edəcək, mənbə deyib.

Bakı metropoliteni 1967-ci ildən etibarən fəaliyyət göstərir və 21 stansiyası var. İlin sonuna kimi stansiyaların sayı "Azadlıq" stansiyası hesabına 22-yə çatdırılacaq. Yaxın vaxtlarda daha üç - "Müşviq" ("Azadlıq" stansıyasının davamı), "Cavadxan" və "Avtovağzal" stansiyalarının ınşasına başlanılması gözlənilir. Metropolitenin inkişafının 20 illik planı çərçivəsində 40-dan çox yeni stansiyanın tikintisi nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti