Çin və İran NEZ-lərin inşasına dair memorandum imzalayıblar
Azərbaycan, Bakı, 25 noyabr / Trend /
İranın Milli Neft Şirkəti və Çinin "Sinopec" şirkəti əməkdaşlıq haqqında memorandum imzalayıblar. Məlumatı MEHR informasiya agentliyi yayıb.
Müqaviləyə əsasən, Çin şirkəti İrandakı neft emalı zavodlarının (NEZ) inşasına 6,5 milyard dollar yatıracaq. Hazırda hər iki şirkətin ekspertləri bu memorandumun icra olunmasına dair müzakirələr aparırlar. Müqavilənin rəsmən imzalanması yaxın iki ayda gözlənilir.