...

Azərbaycan 2010-cu ildə Rusiyaya neft ixracının həcmini azaldacaq

Energetika Materials 3 Dekabr 2009 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir E.İsmayılov/

Proqnozlara əsaən, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2010-cu ildə Rusiyaya ixrac edilən Azərbaycan neftinin həcmini 2,5 milyon tondan 1,9 milyon tonadək azaldacaq. Bu barədə net-qaz bazarındakı mənbə cümə axşamı bildirib. Azərbaycan 2008-ci ildə "Bakı-Novorossiysk" neft kəməri vasitəsilə Rusiyaya 1,3 milyon ton neft ixrac edib.

"Gələn il Rusiyaya ixrac həcminin azaldılacağı proqnozlaşdırılır. Proqnozlara əsasən, 2010-cu ildə bu göstərici 1,9 milyon ton olacaq", - mənbə deyib.

ARDNŞ neft ixracının azalmasını şəxsi YDS şəbəkəsinin açılması ilə əlaqədar Azərbaycandakı şəxsi müəssisələrində neft emalının artması ilə izah edib. Şirkət birinci mərhələdə 26 şəxsi YDS açmaq niyyətindədir. İlk YDS-in artıq bu il istismara verilməsi planlaşdırılır.

ARDNŞ Novorossiyk üzərindən öz yataqlarında hasil edilən və həmçinin Azərbaycanda quruda fəaliyyət göstərən əməliyyat şirkətlərinin və birgə müəssisələrin neftinin yüklənməsini həyata keçirir. Şirkət yanvar-oktyabr ayları ərzində "Bakı Novorossiysk" şimal boru kəməri ilə 2,1 milyon ton neft ixrac edib. 2008-ci ilin analoji dövründə bu göstərici 1 milyon ton təşkil edib.

Hazırda şimal boru kəməri ilə neft nəqli zamanı şirkət çıxışda Urals markalı neft əldə edir.

"Bakı-Novorossiysk" boru kəmərinin operatoru 2007-ci ilədək ABƏŞ olub, sonradan bu funksiyanı ARDNŞ-yə təhvil verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti