...

Enerji resurslarının Cənub dəhlizi üzrə tranziti layihələrini ticari baxımdan cəlbedici etmək lazımdır - Azərbaycanın Baş naziri

Energetika Materials 14 Yanvar 2010 19:32 (UTC +04:00)
Azərbaycanın Baş naziri Artur Rəsizadə Batumi enerji konfransının iştirakçılarını enerji resurslarının Cənub enerji dəhlizi üzərindən tədarükünü maliyyə baxımından cəlbedici etməyə çağırıb.Baş nazir konfransdakı çıxışı zamanı deyib ki, bunun üçün cəlbedici tarif sistemi hazırlamaq lazımdır.
Enerji resurslarının Cənub dəhlizi üzrə tranziti layihələrini ticari baxımdan cəlbedici etmək lazımdır - Azərbaycanın Baş naziri

Gürcüstan, Tbilisi, 14 yanvar / Trend , müxbir N.Kirsxaliya/

Azərbaycanın Baş naziri Artur Rasizadə Batumi enerji konfransının iştirakçılarını enerji resurslarının Cənub enerji dəhlizi üzərindən tədarükünü maliyyə baxımından cəlbedici etməyə çağırıb. Baş nazir konfransdakı çıxışı zamanı deyib ki, bunun üçün cəlbedici tarif sistemi hazırlamaq lazımdır.

"Enerji resurslarının tədarükçüləri və alıcıları üçün əlverişli olan ticari sistem yaradılmalıdır", -Baş nazir qeyd edib.

O vurğulayıb ki, Batumi konfransı bu layihələrin həyata keçirilməsi yolunda ilk addım olacaq.

Azərbaycanın Baş naziri həmçinin vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin istehlakçıların enerji resusrslarını vaxtında alması barədəki bəyanatını dəstəkləyir.

"Məhz buna görə də Azərbaycan enerji resurslarının alternativ çatdırılma layihələrinin həyata keçirilməsi üçün hər şey edəcək", o vurğulayıb.

"Bu regionun inkişafı xüsusilə də onun sosial-iqtisadi vəziyyətinin yaxşılaşması üçün vacibdir", - A.Rasizadə qeyd edib.

Baş nazir qeyd edib ki, Azərbaycan enerji resurslarının tədarük həcmini artırmağa hazırdır.

Xəbər lenti

Xəbər lenti