...

Bakıda qaz istehlakı artır

Energetika Materials 22 Yanvar 2010 17:53 (UTC +04:00)
Yanvarın 22-nə olan məlumata görə, "Azəriqaz" İstehsalat Birliyi yanında "Bakqaz" İdarəsinin (Bakıda qazın paylanması və satışı) Bakının qaz sisiteminə sutkalıq qaz verilişi yanvarın 8-də ötürülən 11,3 milyon kubmetr qaza nisbətdə təxminən 11,5 milyon kubmetr qaz təşkil edib.

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir E.İsmayılov/

Yanvarın 22-nə olan məlumata görə, "Azəriqaz" İstehsalat Birliyi yanında "Bakqaz" İdarəsinin (Bakıda qazın paylanması və satışı) Bakının qaz sisiteminə sutkalıq qaz verilişi yanvarın 8-də ötürülən 11,3 milyon kubmetr qaza nisbətdə təxminən 11,5 milyon kubmetr qaz təşkil edib. Bu barədə cümə günü idarədəki mənbə deyib.

"Hazırda Bakının qaz sisteminə sutkalıq qaz verilişi 11 milyon kubmetri keçir, daha dəqiq desək, 11,49 milyon kubmetr qaz təşkil edir", - mənbə deyib.

Mənbənin əvvəl dediyi kimi, 2009-cu ildə "Bakqaz" İdarəsi Bakı şəhərinin qaz sisteminə təxminən 2,45 milyard kubmetr qaz ötürüb ki, bu da praktiki olaraq 2008-ci ildəki göstərici ilə eynidir. Ötən ilin dekabr ayında Bakının qaz sisteminə təxminən 317,5 milyon kubmetr qaz verilib, 2008-ci ilin dekabr ayında isə bu göstərici 334,4 milyon kubmetr təşkil edib.

Azərbaycan paytaxtında yay mövsümündə qaz istehlakı təxminən 3-4 milyon kubmetr qaz təşkil edir, qış mövsümündə isə bu göstərici 10-13 milyon kubmetr səviyyəyə çatır.

Xəbər lenti

Xəbər lenti