...

"Bakıelektrikşəbəkə" ASC gücləndirilmiş rejimdə işləyir

Energetika Materials 26 Yanvar 2010 12:01 (UTC +04:00)
Hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq "Bakıelektrikşəbəkə" ASC (Azərbaycan paytaxtında elektrik enerjisinin paylayıcısı) gücləndirilmiş iş rejiminə keçib.
"Bakıelektrikşəbəkə" ASC gücləndirilmiş rejimdə işləyir

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir E.İsmayılov/

Hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq "Bakıelektrikşəbəkə" ASC (Azərbaycan paytaxtında elektrik enerjisinin paylayıcısı) gücləndirilmiş iş rejiminə keçib. Bu barədə çərşənbə axşamı ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

"Hazırda biz və xüsusilə də qəza xidməti paytaxtın bütün 11 rayonunda gücləndirilmiş iş rejimi ilə işləyir", - Mustafayev deyib.

Mustafayevin sözlərinə görə, hazırda ASC-nin qəza xidməti şəhərətrafı kəndlərdə və qəsəbələrdə baş verən enerji təminatı problemlərinin aradan qaldırılması üzrə işlər aparır. Güclü külək nəticəsində hava elektrik xətlərində qəza baş verib. "Hazırda bəzi şəhərətrafı kəndlərdə baş verən problemlərin aradan qaldırılmasına dair işlər aparılır", - Musatafyev deyib.

O qeyd edib ki, ASC bazar ertəsi paytaxtın bəzi yerlərində güclü küləyin nəticələrinin aradan qaldırılması üçün tədbirlər görüb və bundan sonra enerji təminatı bərpa olunub.

Xəbər lenti

Xəbər lenti