...

OPEK kartelə daxil olmayan ölkələrin neft tədarükünün proqnozlarını artırıb

Energetika Materials 4 Fevral 2010 20:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir A.Bədəlova/

OPEK 2010-cu ildə kartelə daxil olmayan ölkələrin neft tədarükünün sutkada 0,35 milyon barel artaraq 51,31 milyon barelə çatacağını proqnozlaşdırıb. Bu həcm OPEK tərəfindən keçən ay proqnozlaşdırılan göstəricidən 42 min barel çoxdur. OPEK-in dəyərləndirməsinə dörə, neft tədarükünün artımı sutkada 0,5 milyon barel təşkil edir.

OPEK-in neft bazarı üzrə aylıq məruzəsinə əsasən, tədarük həcminin ən böyük artımı 4-cü rübdə - sutkada 51,61 milyon barel səviyyəsində, ən az artımı isə 3-cü rübdə - 51,03 milyon barel səviyyəsində müşahidə ediləcək.

Keçmiş Sovet İttifaqı ölkələri bu il sutkada 13,22 milyon barel tədarük edəcəklər ki, bu da keçənilki həcmdən 0,28 milyon barel çoxdur.

Kartelin proqnozlarına görə, Azərbaycanın neft hasilatının həcmi 2010-cu ildə sutkada 0,12 milyon barel artaraq 1,16 milyon barelə çatacaq. Ölkədə netf hasilatının ən böyük həcmi dördüncü rübdə sutkada 1,23 milyon barel səviyyəsində müşahidə ediləcək.

Qazaxıstanın neft tədarükünün həcmi bu il sitkada 1,63 milyon barel səviyyəsində proqnozlaşdırılır ki, bu da keçənilki həcmdən sutkada 90 min barel çoxdur.

OPEK 2010-cu ildə dünyanın neft tələbatını 85,15 milyon barel olaraq proqnozlaşdırır ki, bu da 2009-cu ildəki həcmdən 0,8 milyon barel çoxdur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində neftə olan tələbat bu il sutkada 0,12 milyon barel azalaraq 45,54 milyon barelə çatacaq.

Xəbər lenti

Xəbər lenti