...

ARDNŞ-nin tullantıların utilizasiyası mərkəzinin və tulantıların idarə edilməsi sisteminin TİƏ-nin hazırlanması üzrə tenderə yekun vurulub

Energetika Materials 11 Fevral 2010 16:51 (UTC +04:00)
ARDNŞ-nin tullantıların utilizasiyası mərkəzinin yenidən qurulması və tulantıların idarə edilməsi sisteminin yaradılmasının texniki iqtisadi əsaslandırılmasının (TİƏ) hazırlanması üçün podratçının müəyyən edilməsi üzrə elan edilmiş tenderə yekun vurulub.
ARDNŞ-nin tullantıların utilizasiyası mərkəzinin və tulantıların idarə edilməsi sisteminin TİƏ-nin hazırlanması üzrə tenderə yekun vurulub

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir E.İsmayılov/

ARDNŞ-nin tullantıların utilizasiyası mərkəzinin yenidən qurulması və tulantıların idarə edilməsi sisteminin yaradılmasının texniki iqtisadi əsaslandırılmasının (TİƏ) hazırlanması üçün podratçının müəyyən edilməsi üzrə elan edilmiş tenderə yekun vurulub. Bu barədə ARDNŞ-nin ekologiya məsələləri üzrə vitse-prezidenti Muxtar Babayev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüş çərçivəsində bildirib. Tullantıların emal edilməsi mərkəzi Qaradağ rayonunda yerləşir.

Tenderin qalibi olan şirkətin adı açıqlanmayıb.

Bu layihə üzrə işlər ARDNŞABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanan 572 min dollarlıq qrant sazişi çərçivəsində həyata keçirilir. Saziş ötən ilin avqust ayında imzalanıb.

"Layihə bu il hazır olacaq. Elan edilən tenderin qalibi müəyyən edilsə də, hələlik onun adı açıqlanmayıb. Hazırda ABŞ şirkətinin təsdiqi gözlənilir", - Babayev deyib.

Onun sözlərinə görə, tenderin qalibi qismində ABŞ şirkəti seçilib.

Xəbər lenti

Xəbər lenti