...

ARDNŞ Avro-3 yanacaq standartına keçir

Energetika Materials 11 Fevral 2010 20:48 (UTC +04:00)
ARDNŞ neft məhsulları istehsalının Avro-3 standartlarına uyğun olması üçün işlər görür. Bu barədə ARDNŞ-nin ekologiya məsələləri üzrə vitse-prezidenti Muxtar Babayev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüş çərçivəsində deyib.

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir E.İsmayılov/

ARDNŞ neft məhsulları istehsalının Avro-3 standartlarına uyğun olması üçün işlər görür. Bu barədə ARDNŞ-nin ekologiya məsələləri üzrə vitse-prezidenti Muxtar Babayev Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüş çərçivəsində deyib.

"Bizim istehsal etdiyimiz neft məhsulları Avro-2 standartlarına cavab verir və onlara tam uyğundur. Hazırda Dövlət Neft Şirkəti neft məhsulları istehsalının Avro-3 standartlarına uyğun olması üçün işlər görür", - Babayev deyib.

Babayevin sözləroinə görə, neft məhsullarının Avro-5 və daha yüksək standartlara uyğun vəziyyətə gətirilməsi Azərbaycanda yeni neft emalı və neft-kimya kompleksinin yaradılmasından sonra mümkün olacaq.

"Bu, böyük investisiya tələb edir. Buna görə də bu məsələləri yeni neft emalı zavodunun inşası zamanı nəzərdə tuturuq", - o deyib.

ARDNŞ ölkədə yeni neft emalı və neft-kimya komleksləri, qazın dərin emalı üzrə kompleks və kimyəvi gübrələrin istehsalı üzrə zavod inşa etmək niyyətindədir.

Hazırda Azərbaycanda neft emalı Bakıda məcmu gücü 20 milyon ton olan iki NEZ-in bazasında həyata keçirilir. Hər iki NEZ ARDNŞ-nin tərkibinə daxildir.

Azərbaycan qaz emalı zavodunun birinci növbəsi 1961-ci ildə istismara verilib. Altı qaz emalı qurğusundan əlavə, qaz-kondensatın emalı (gücü ildə 675 min ton) və qeyri-sabit benzinin fraksiyalaşdırılması (ildə 600 min ton) üzrə qurğular tikilib. Zavoddakı texnologiyalar mayeləşdirilmiş qaz, kerosin fraksiyası (qaz emalı qurğuları üçün reagent), ağır kondensat (neft emalı zavodları üçün xammal) və qaz benzini (Sumqayıtın neft-kimya kompleksi üçün xammal) istehsal etməyə imkan verir.

Yeni qaz emalı zavodu inşa edildikdən sonra köhnə zavod tamamilə söküləcək.

Xəbər lenti

Xəbər lenti