...

Bu il Azərbaycanın yeraltı qaz anbarlarına qazın vurulması xeyli artırılacaq

Energetika Materials 2 Aprel 2010 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Bu il Azərbaycanın yeraltı qaz anbarlarına qazın vurulma həcmi 2009-cu ildəki 2 milyard kubmetrə yaxın həcmdən 3 milyard kubmetrədək arta bilər. Bu barədə cümə günü Azərbaycanın neft-qaz sənayesindəki mənbə bildirib.

"Hazırda Azərbaycanın yeraltı qaz anbarlarında qaz saxlanmasının aktiv həcminin artırılması üzrə irimiqyaslı iş aparılır. Bundan əlavə, ötən ildən anbarlarda bir milyard kubmetrə yaxın qaz qalıb ki, bu da ötən il vurulub", - mənbə deyib.

Payız-qış dövründə istifadə olunması üçün Azərbaycanın yeraltı qaz anbarlarına qaz vurulmasına adətən aprelin 15-dən başlanılır və oktyabrın 15-dək davam edir.

Hazırda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu obyektin qazsaxlama həcminin genişləndirilməsi layihəsi çərçivəsində Qalmaz yeraltı qaz anbarında iki quyunun qazılmasını həyata keçirir.

Bu işlər yataqda qaz saxlanmasının aktiv həcminin 1,2 milyard kubmetrdən 2,4 milyard kubmetrə kimi artırılması çərçivəsində aparılır.

Hazırda respublikada iki yeraltı qaz anbarı - Qaradağ və Qalmaz fəaliyyət göstərir.

Ötən il ARDNŞ ölkənin yeraltı qaz anbarlarına rekord həcmdə - iki milyard kubmetrə yaxın qaz vurub. 2008-ci ildə bu göstərici 1,4 milyard kubmetr təşkil edib. Ötən il Qalmaz yeraltı qaz anbarına 1,16 milyard kubmetrə yaxın, Qaradağ anbarına isə 795,3 milyon kubmetrdən çox qaz vurulub.

Xəbər lenti

Xəbər lenti