...

Bakıda "Caspian Oil and Gas" adlı sərgi və konfrans keçiriləcək

Energetika Materials 26 Aprel 2010 11:21 (UTC +04:00)
"Baku Expo Center" ilk dəfə olaraq regionun "Caspian Oil and Gas - 2010" iri regional sərgisinin iştirakçıları üçün öz qapılarını açacaq. Konfrans iyunun 1-dən 4-dək Bakıda keçiriləcək. Bu barədə "Iteca Caspian" Beynəlxalq Sərgi Şirkətinin yaydığı məlumatda bildirilir.
Bakıda "Caspian Oil and Gas" adlı sərgi və konfrans keçiriləcək

Azərbaycan, Bakı, 26 aprel /Trend/

"Baku Expo Center" ilk dəfə olaraq regionun "Caspian Oil and Gas - 2010" iri regional sərgisinin iştirakçıları üçün öz qapılarını açacaq. Konfrans iyunun 1-dən 4-dək Bakıda keçiriləcək. Bu barədə "Iteca Caspian" Beynəlxalq Sərgi Şirkətinin yaydığı məlumatda bildirilir.

Həmçinin, iyunun 1-dən 3-dək Bakıda 17-ci "Caspian Oil & Gas" konfransı keçiriləcək. Beynəlxalq sərgiyə və konfransa təşkilati dəstəyi Azərbaycan Sənaye və Energetika Nazirliyi və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) göstərir.

"Baku Expo Center" Beynəlxalq Sərgi Mərkəzi yüksək beynəlxalq standartlara uyğun layihələndirilib və inşa edilib, beynəlxalq səviyyədə sərgilərin və konfransların keçirilməsi üçün nəzərdə tutulub. Regionda ən müasir sərgi kompleksi sayılan meydan 33 800 kvadratmetr təşkil edir. Burada konqreslərin, konfransların, seminar və təqdimatların keçirilməsi üçün xüsusi avadanlıqla təchiz olunmuş konfrans-zallar nəzərdə tutulub.

"ITE Group"un (UK) icraçı-direktoru Edvard Stroon bununla əlaqədar deyib: "Biz "Caspian Oil and Gas" sərgisinin yeni sərgi kompleksində keçiriləcək ilk sərgi olacağını bildirməkdən məmnunuq. Bu, sərginin həyatında yeni mərhələ olacaq. Əminik ki, yeni kompleksdə "Caspian Oil and Gas"ın açılışı bu ilin mühüm hadisəsi olacaq. Baxmarayaq ki bütün dünya hələ də qlobal iqtisadi böhranın nəticələrini hiss edir, belə asan olmayan vaxtda, Azərbaycan rəhbərliyi bu cür müasir sərgi kompleksinin istismara verilməsi haqda qərar qəbul edib. Əminəm ki, dünya iqtisadi ictimaiyyətinin diqqətinin Azərbaycana daha çox yönəlməsinə də imkan verəcək. Bakı Xəzər regionunun işğüzar mərkəzi sayılır və yeni, bütün tələblərə cavab verən "Baku Expo Center" sərgi kompleksi Azərbaycan paytaxtının regionun sərgi sənayesi mərkəzinə çevrilməsinə xidmət edəcək".

Xəbər lenti

Xəbər lenti