...

Azərbaycan və Koreya nəqliyyat sektorunda əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Energetika Materials 28 Aprel 2010 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Koreya Respublikası Parlamentinin üzvü Li Sanq-deukun Bakıda ölkənin nəqliyyat sektorunun müxtəlif inkişaf istiqamətlərini müzakirə ediblər. Bu barədə Nəqliyyat Nazirliyinin məlumatında bildirilir.

Məlumatda deyilir ki, tərəflər arasında nəqliyyatın intellektual idarəetmə sisteminə, avtomobil yollarının yenidən qurulmasına, o cümlədən, Şamaxı - Quba yolu ilə bağlı perspektivlərə, Bakı buxtasında görüləcək işlərə, sürətli dəmir yolu xəttinin çəkilməsi və lokomotivlərin alınmasına dair fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində, həmçinin, Koreya şirkətləri ilə qurulan əlaqələr, avtobus parkının yenilənməsi, kadr hazırlığı məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti