...

Azərbaycan neft və qaz hasilatını genişləndirəcək – sənaye və energetika nazirinin müavini

Energetika Materials 12 May 2010 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir E.İsmayılov/

Bu il Azərbaycanda 2009-cu ildəki 50,4 milyon ton neftə nisbətdə 52-53 milyon ton neft hasilatı planlaşdırılır. Bu barədə çərşənbə günü Azərbaycanın sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib.

Azərbaycan neftinin böyük bir hissəsi "Bakı-Tbilisi-Ceyhan" boru kəməri vasitəsilə dünya bazarına çıxarılır, qalan hissəsi isə "Bakı-Supsa" və "Bakı-Novorossiysk" neft kəməri ilə daşınır.

Onun sözlərinə görə, ölkədə qaz hasilatı ilə bağlı yüksəliş gözlənilir, xüsusilə də bu göstərici 30 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır (ötən il 23,6 milyard kubmetr təşkil etmişdi)

Abbasovun sözlərinə görə, ölkəmiz neft-qaz sahəsində sürətlə inkişaf edir. Xüsusən də, 2007-ci ildən etibarən Azərbaycan qaz idxalçısından ixracçısına çevrilib. Hazırda ölkə Rusiya və Gürcüstana qaz ixrac edir, qaz Türkiyəyə "Bakı-Tbilisi-Ərzurum" boru kəməri vasitəsilə ixrac olunur, həmçinin qazın İrana nəqli ilə bağlı danışıqlar aparılır.

2009-cu ildə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan və "Şahdəniz" yatağından alınan neftin əsas hissəsi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşür. Bu yataqlardan hasil olunan qazın ümumi həcmi 2008-ci illə müqayisədə 9 faiz artaraq 10,1 milyard kubmetr təşkil edib.

Xəbər lenti

Xəbər lenti