Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.İsmayılov/
Yanvar-aprel aylarında "Bakıelektrikşəbəkə" SC (Bakıda elektrik enerjisinin satışı və paylanması ilə məşğul olur) "Azərenerji" SC-dən (Azərbaycan regionlarında elektrik enerjisinin istehsalı və paylanması) mart ayındakı 2,4 milyard kilovatt-saata yaxın elektrik enerjisinə qarşı 3,05 milyard kilovatt-saata yaxın elektrik enerjisi alıb. Bu barədə "Bakıelektrikşəbəkə"nin rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir.
2009-cu ildə "Bakıelektrikşəbəkə" "Azərenerji"dən 8,1 milyard kilovatt-saata yaxın elektrik enerjisi almışdı.
Məlumatda deyilir ki, apreldə SC martdakı 786,4 milyon kilovatt-saat elektrik enerjisinə qarşı, 662,8 milyon kilovatt-saat elektrik enerjisi alıb.
"Azərenerji" SC (Azərbaycanda iri elektrik enerjisi istehsalçsı) tərəfindən göndərilən elektrik enerjisinə görə, "Bakıelektrikşəbəkə"nin ödənişlərinin həcmi yanvar-aprel aylarında, orta hesabla, 80,5 faiz təşkil edib. Apreldə bu göstərici martdakı 81 faizə qarşı 91 faiz təşkil edib.
2009-cu ildə "Bakıelektrikşəbəkə"nin ödənişləri, orta hesabla, 84,44 faiz təşkil edib.