...

Yanvar-aprel aylarında Azərbaycanda neft və qaz hasilatı artıb

Energetika Materials 14 May 2010 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend/

Yanvar-aprel aylarında Azərbaycanda 16,65 milyon ton neft və kondensat istehsal olunub ki, bu da 2009-cu ilin analoji dövründə istehsal edilən neft və kondensatın həcmindən 4,9 faiz çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ötən ay hasil edilən neftin əsas həcmi Azərbaycan Beynəlxaq Əməliyyat Şirkətinin payına düşüb. Həmin dövr ərzində şirkət "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan və "Şahdəniz" qaz-kondensat yatağından 13,9 milyon ton neft və kondensat hasil edib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən altı faiz çoxdur.

Yanvar-apreldə Azərbaycanda qaz hasilatı 8,75 milyard kubmetrə yaxın təşkil edib ki, bu da ötənilki göstəricidən 9,3 faiz çoxdur. "Azəri-Çıraq-Günəşli" (səmt qazı) və "Şahdəniz" yataqlarının payına 3,7 milyard kubmetr qaz düşüb ki, bu da 2009-cu ilin yanvar-aprelindəki göstəricidən 6,9 faiz azdır.

Yanvar-aprel aylarında Azərbaycanda təxminən 6,87 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub. Bu, ötən ilin analoji dövrü ilə müqaisədə 8,5 faiz azdır.

Xəbər lenti

Xəbər lenti