...

ARDNŞ gəmiləri Kür çayının dibinin dərinləşdirilməsi işlərinə başlayacaq

Energetika Materials 15 May 2010 16:26 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) suyun dibinin dərinləşdirilməsi üzrə gəmiləri mayın 16-da Neftçala rayonunda Kür çayının deltasında yerləşmiş kanalın təmizlənməsi üzrə işlərə başlayacaq.
ARDNŞ gəmiləri Kür çayının dibinin dərinləşdirilməsi işlərinə başlayacaq

Аzərbaycan, Bakı, 15 may /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) suyun dibinin dərinləşdirilməsi üzrə gəmiləri mayın 16-da Neftçala rayonunda Kür çayının deltasında yerləşmiş kanalın təmizlənməsi üzrə işlərə başlayacaq. Bu barədə şənbə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Hazırda işlərin başlanması üçün gəmilərin hazırlanması proses gedir.

Onun sözlərinə görə, Xəzər dənizində 6-7 metr dərinliyində, 1,5-1,6 km uzunluğunda kanalın çəkilişi planlaşdırılır.

Suyun dibinin dərinləşdirilməsi işləri Azərbaycanın müxtəlif regionlarında sel və torpaq sürüşmələrinə səbəb olan Kür çayının daşması ilə əlaqədar olaraq aparılır. Hazırda respublikanın müxtəlif strukturları təbii fəlakətin nəticələrini aradan qaldırmaqla məşğuldurlar.

Xəbər lenti

Xəbər lenti